Flora Kərimova Rəhimdən yazdı:

"Sənin istedadın fərqliliyin, fərqliliyin insanlığın idi. Uşaq məsumiyyətinlə ilk mahnını mənə təqdim etməyini, səmimi gülüşünü, həyəcanını xatırlayıram. Hər yerdə sənin mahnına qol qaldırıb rəqs etməyimi heç demirəm…!”

Metbuat.az xəbər verir ki, bu sözləri Xalq artisti Flora Kərimova bu gün vəfat edən müğənni Rəhim Rəhimli barəsində deyib.

O, R. Rəhimlinin bəstəsini oxumadığı üçün müğənninin ruhundan üzr istəyib:

"Bu mahnını da oxumağımı istəmişdin. Düşən son yarpağın bu günə imiş. Samir Bağırovun ifasını o qədər sevirdim ki, mahnının bakir məsumiyyətinə toxunmaq istəmədim. Bu qərarım nisgilli ürəyinə toxunmuşdusa, incik ruhundan üzr istəyirəm! Allah sənə rəhmət eləsin, Rəhim! Məkanın behişt olsun!” - Xalq artisti deyib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR