Elgiz göz yaşlarına boğuldu:

Aparıcı Elgiz Əkbər həmkarı Ulvira Qarayevanın "AStar" verilişinə qonaq olub.

Mebuat.az xəbər verir ki, o, verilişdə bir dəfə işsiz qalanda ona pulsuz dönər və çörək aparmasını təklif edən dönərxana sahibindən danışıb. Aparıcı bunları danışarkən kədərlənəərk göz yaşlarına hakim ola bilməyib:

"O hadisə yadıma düşəndə çox pis oluram. Deməli, iş bağlanıb. Nizami metrosuna yaxın bir yerdə dönər, lahmacun satılan yer var. Birdən ürəyim lahmacun istədi. Maşını saxladım, içəri girib 5-6 lahmacun və dönər sifariş etdim. Evə də gətirmək istəyirdim. Müdür gəlib dedi ki, "Elgiz müəllim, mən sizdən pul almayacağam. Nə qədər ki, siz işə düzəlməmisiniz, hər gün gəlib buradan istədiyiniz qədər lahmacun, dönər və təndir çörəyi apara bilərsiniz. Mənim gücüm buna çatır" - Siz bilirsiniz, bu mənim üçün nə demək idi? Mən o dönəri yeyə bilmədim".

Daha ətraflı videoda:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR