Tarixi biabırçılığın əks-sədası səngimir -

İngiltərədə ən çox qol vurulan derbi kimi tarixə düşən “Mançester Siti” - “Mançester Yunayted” qarşılaşması ilə bağlı müzakirələr davam edir.

Metbuat.az xəbər verir ki, futbol mütəxəssisləri qonaqların baş məşqçisi Ten Haqı Kriştiano Ronaldo və sonradan oyuna daxil olan Kasemironu ehtiyatda saxladığına görə tənqid ediblər. Baş məşqçinin Ronaldoya qarşı mövqeyinə etiraz edilib. Nüfuzlu jurnalist Piers Morqan bildirib:

“Mövsümün ən böyük oyununda Krşitiano Ronaldonu ehtiyatda saxlayıb, unudulmaq üzrə olan 5 oyunçunu meydana buraxırsan. Oyunun gedişində də Ronaldonu meydana buraxmırsan. Sonra da deyirsən ki, bunu ona hörmət etdiyimə görə etmişəm”.

Qeyd edək ki, Ronaldonun hesab 3-0 olarkən üzgün olduğu kameraların hədəfinə tuş gəlmişdi. Ten Haq oyundan sonra taktiki səhvlər etdiyini etiraf etmişdi. Ronaldo barədə suala isə baş məşqçi “4-0 geridə olarkən Ronaldonu oyuna daxil etmək onun böyük kariyerasına hörmətsizlik olardı” – deyə cavab verib.

Xatırladaq ki, qarşılaşma “Mançester Siti”nin 6-3 hesablı qələbəsi ilə başa çatıb. Meydan sahiblərinin heyətində Erik Halanda və Pil Foden hərəyə 3 dəfə fərqləniblər. Qonaqların heyətində isə Santos bir, Marsial isə 2 dəfə fərqlənib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR