Fatih Terimə GÖZLƏNİLMƏZ TƏKLİF -

“Qalatasaray”dakı işindən sonra işsiz olan Fatih Terim yeni klubla anlaşmaq üzrədir.

Metbuat.az Türkiyə mediasına istinadən xəbər verir ki, Fatih Terim “Sevilya” klubunun baş məşqçisi olacaq. Bildirilir ki, klub rəhbərliyi nəticələrdən narazı olduğu üçün Julen Lopteqini komandadan uzaqlaşdıracaq. “Sevilya” rəhbərliyinin önəm verdiyi məşqçilərdən biri də Fatih Terimdir.

Məlumata görə, İspaniya klubunun nəzərdən keçirdiyi digər məşqçi isə Jorje Sampaolidir. Bildirilir ki, İspaniya təmsilçisi oyunçuları idarə etmək bacarığına görə Fatih Terimin işini daha çox bəyənir.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR