“Mançester Siti” “Trabzonspor” klubunun qapıçısı Uğurcan Çakırı transfer etmək istəyir.
Metbuat.az xəbər verir ki, bu barədə “AS” qəzeti məlumat yayıb. Məlumata görə, “Mançester Siti”nin sahibləri oyunçunu “Jirona” klubuna transfer etməyi planlaşdırır. Bildirilir ki, “Mançester Siti”nin sahibləri həm də “Jirona” klubunun yarısının hüquqlarına sahibdir. Qapıçı bir müddət “Jirona” klubunda təcrübə topladıqdan sonra İngiltərəyə aparılacaq. Türkiyə millisinin üzvü ilə “Fənərbaxça”, “Renn” və digər klublar da maraqlanır.