Gecənin nəticələri:

UEFA Çempionlar Liqasının qrup mərhələsində III tura yekun vurulub.

Metbuat.az xəbər verir ki, son oyun günündə E, F, G və H qruplarında səkkiz qarşılaşma baş tutub.

E qrupunda "Çelsi" İngiltərədə İtaliya "Milan"ını qəbul edib. Oyun ev sahibinin mütləq qələbəsilə nəticələnib - 3:0.

F qrupunda turnirin son qalibi, Madrid "Real"ı Polşada Ukraynanın "Şaxtyor" (Donetsk) komandası ilə qarşılaşıb - 2:1.

G qrupunda "Mançester Siti" İngiltərədə Danimarka "Kopenhagen"ini darmadağın edib - 5:0. "Sevilya" isə İspaniyada Almaniyanın "Borussiya" (Dortmund) komandasına böyük hesabla uduzub - 1:4.

H qrupunda "Yuventus" İtaliyada İsrail "Makkabi"sini (Hayfa) məğlub edib - 3:1, “Benfika” isə Portuqaliyada Fransanın PSJ klubu ilə heç-heçə edib - 1:1.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR