"Mançester Yunayted"in portuqaliyalı hücumçusu Kriştianu Ronaldu karyerasını MLS-də (ABŞ) çıxış edən "İnter Mayami"də davam etdirə bilər.

Metbuat.az xəbər verir ki, barədə insayder Pedro Almeyda tviterdə yazıb.

O bildirib ki, komandanın sahibi və İngiltərə millisinin sabiq futbolçusu Devid Bekhem 2023-cü ilin qış transfer pəncərəsində Amerika komandasına keçə biləcəyi ehtimalı barədə Ronaldo ilə artıq danışıqlar aparıb.