"Mançester Yunayted" Kriştiano Ronaldonu 11 milyon avroya satmağa hazırdır.
Metbuat.az xəbər verir ki, bu barədə Britaniya mediası məlumat yayıb. Bildirilir ki, Ronaldonun məvacibi çox olduğuna görə, klub onu qış fasiləsində də buraxmağa hazırdır.
Qeyd edək ki, “Bavariya” klubu Ronaldo ilə danışıqlar apardığını rəsmən açıqlamışdı. ABŞ-ın "İnter Mayami" klubunun da Ronaldoya 34 milyon avro məvacib təklif etdiyi irəli sürülür. İddialara görə, komandanın sahibi Devid Bekhem Ronaldo ilə danışıqlar aparıb.