Xəbər verdiyimiz kimi, aktrisa Nəzakət Məmmədova "Ümid ilə gəl" verilişinə qonaq olarkən oğlunun 1, qızının 2 yaşı olanda ərinin ona qardaşı arvadı ilə xəyanət etdiyini etiraf etmişdi.
Metbuat.az xəbər verir ki, aktrisa baş verənlər barədə ətraflı danışıb. O bildirib ki, əvvəlcə qardaşı arvadı, əri ilə bir yerdə olublar. Sonra isə Nəzakət Məmmədova işinin ardınca gedib. Evinə qayıtdıqdan sonra isə qardaşı arvadı və həyat yoldaşını bir yerdə görüb. Nəzakət Məmmədova bildirib ki, bu hadisəni gördükdən sonra 6-7 ay gizlətməyə çalışıb, hətta intihar etmək istəyib. Həyat yoldaşı gördüklərini kiməsə danışacağı təqdirdə onu öldürməsi ilə qorxudub.
Ailə də hadisəni bildikdən sonra Nəzakət Məmmədova həyat yoldaşından, qardaşı da həmin xanımdan ayrılıb.