Nigar Şabanova xəyanətə görə ayrılıb? -

Günlərdir ki, ayrılıq xəbəri ilə gündəmdə qalan Əməkdar artist Nigar Şabanova ayrılma səbəbləri bağlı iddialara aydınlıq gətirib.

Metbuat.az xəbər verir ki, o, bu barədə "Elgizlə izlə" verilişində danışıb. Verilişin aparıcısı Elgiz Əkbərin "qısqanc idi?" sualına cavabında Şabanova bildirib ki, xəyanət və qısqanclıq olmayıb:

"Böyük səbəblər var idi. Mən ilk gündən demişəm ki, xəyanətə görə ailə dağılmamalıdır. Özünə hörmət edən kişi ailədə qadınına qarşı hörmətsizlik etməz. Nə qədər gülürəmsə, bir o qədər yoxam içdən. Bunu Allah yazıbsa, heç kim boyun qaçıra bilməz. Mən onun peşəsinə çox hörmət edirəm. İstəmərəm işindən olsun. Əlimdə elə səbəblər var ki, heç bir qadına onu arzu etmirəm. Yaşadığım 2 ili heç kimə arzulamıram. Allah bundan sonrakı qurbanlarına səbir versin".


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR