Müğənni Rəqsanə İsmayılovanın oğlu əməliyyat olunacaq.

Metbuat.az xəbər verir ki, bu barədə müğənni instaqram hesabında məlumat verib.

O, xəstəxanaya getdiyini, oğlu Məhəmmədəlinin əməliyyat olunacağını deyib. Həmçinin özünün də əməliyyatda iştirak edəcəyini qeyd edib.