"Qarabağ" kabusu üzərlərinə çöküb -

İspaniyanın məşhur "Marca" nəşri "Atletiko" (Madrid) komandasının Belçika "Brügge"sinə qarşı UEFA Çempionlar Liqasının qrup mərhələsindəki oyunları ilə bağlı geniş yazı dərc edib.

Metbuat.az-ın məlumatına görə, nəşr Madrid təmsilçisinin hər iki görüşdə rəqib qapısına yol tapa bilmədiyini xatırladıb.

Burada belçikalı qapıçı Simon Minyolenin çıxışı xüsusi qeyd olunub. Son nəticələrdən sonra "Brügge" 10 xalla birinci, "Portu" 6 xalla ikinci, "Atletiko Madrid" isə 4 xalla üçüncüdür.

Oyun "Atletiko"nun 2017/2018 mövsümündə "Qarabağ"a qarşı UEFA Çempionlar Liqasının qrup matçları ilə müqayisə edilib. Məqalənin başlığında "Minyole "Qarabağ" kabusunu unutdurdu" yazılıb.

Qeyd edək ki, III turda Belçikada rəqibinə 0:2 hesabı ilə uduzan "Atletiko" IV turda evdə qolsuz heç-heçəyə razılaşıb. "Qarabağ" isə 5 il əvvəl Çempionlar Liqasının qrup mərhələsinin hər iki qarşılaşmasında "Atletiko" ilə bərabərə qalmışdı - 0:0 və 1:1.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR