Anar Ağakişiyev 100 min dollara lüks avtomobil aldı -

Dünyaca məşhur stilist Anar Ağakişiyev özünə yeni, lüks avtomobil alıb.

Metbuat.az bizim.media-ya istinadən xəbər verir ki, bu barədə Anar bizim.media-nın əməkdaşı ilə söhbətində deyib.

Ağakişiyev 2022-ci ilin modeli olan "Mercedes-Benz EQC 2022 / 400 MMATIC SPORT 300" nəqliyyat vasitəsinə sahibləndiyini açıqlayıb.

"On ilə yaxın idi ki, "İnfiniti" markalı avtomobil sürürdüm. Dəyişmirdim. Benzinin qiyməti də "dəvənin belində"dir. Günü-gündən də artır. Qərar verdim onu satıb bu ilin "Mercedes-Benz" "electro car" avtomobilini aldım. Etiraf edim ki, bu avtomobil mənə çox baha başa gəldi. Almaniyadan xüsusi olaraq sifariş olunub və Bakıya gətirilib. Arzuladığım nəqliyyat vasitəsidir. Bir sözlə xoşbəxtəm. Olmayanlara qismət olsun", - deyə Anar bildirib.

Redaksiyamızın əməkdaşının araşdırdığına görə, Anar Ağakişiyevin aldığı dəbdəbəli avtomobilinin qiyməti 100 min dollardır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR