Müğənni Nəfəs bahalı evi ilə gündəmə gəlib.

Metbuat.az xəbər verir ki, "Həmin Zaur" verilişinə qonaq olan sənətçinin yeni malikanəsi görüntülənib. Nəfəs villasını 270 min manata alıb.

Müğənni bu günə qədər şəxsi evinin olmadığını, uşaqlıq illərindən kirayədə yaşadığını deyib:

"İllərlə çəkdiyim əziyyətimin bəhrəsidir. Pulunu tam ödəməmişəm. İnsanlar elə qəribə baxırlar ki, görəsən, haradan alıb? Mən evsiz böyüyən bir qız olmuşam. Ona görə çox şükür Allaha ki, bizim evimiz var. Ailəmlə 2009-cu ilə qədər kirayədə yaşamışıq".

Həmçinin yeni evinin kreditlə alındığını, hələ ödənişinin bitmədiyi də qeyd edilib.