Azərbaycanda qəribə HADİSƏ:

ARB telekanlında yayımlanan "Səni axtarıram" verilişində Cəlilabad rayon sakini Cəlal öz həyat yoldaşını axtardığını bildirib.

Metbuat.az xəbər verir ki, Cəlalın sözlərinə görə, övladlarını evləndirdikdən sonra həyat yoldaşı Aygün Məmmədova evi tərk edib. Verilişdə ekspertlər Cəlalı qınasa da, Aygünün ona qardaşının əmanəti olduğu üçün onu tapmaq istədiyini deyib.

Kənddə yayılan söz-söhbətə görə, Aygün Cəlalı xarici görünüşünü bəyənmədiyi üçün evdən qaçaraq Bakıya gəlib. O, dəfələrlə həyat yoldaşının burnunun pis olduğunu deyib.

Cəlalın bu açıqlaması studiyadakı tamaşaçıları və ekspertləri təəccübləndirib. Daha sonra aparıcı Xoşqədəm Hidayətqızı Cəlalın burnunu estetik əməliyyat etdirə biləcəyini deyib.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR