Mina Hüseyn boşanmasından danışdı:

“Boşanma qərarını özüm verdim. Çünki yola getmirdik, xasiyyətlərimiz uyğun gəlmirdi. Məni evə bağlayırdı, bəzi vaxtlarda telefonu alıb gedirdi, qapını kilidləyirdi ki, çıxma. Qohumlarımla görüşməyə də icazə vermirdi. Etiraz edirdim, onu gözləyirdim ki, gəlsin telefonu götürüb anamla danışım”.

Metbuat.az xəbər verir ki, bu sözləri “MTV Magazin”ə açıqlamasında müğənni Mina Hüseyn həyat yoldaşı Sərxan Həsənovun ittihamlarına cavab verərkən deyib.

Mina bildirib ki, bu vəziyyət 6 ay davam edib:

“Mən ailəmin dağılmasını istəmirdim, ana olmaq istəyirdim. Nikah günümüzdə dedi ki, instaqramı bağlayıb, sənətdən uzaqlaşacaqsan. Mən də həmişə deyirdim ki, sənətdən gedərəm, amma həyat yoldaşım bunun müqabilində dəstək olsun. Hər qadın istəyər, onun həyat yoldaşının maşını, evi olsun ki, uşağı orada qeydiyyatdan keçirsin. O insan mənə dedi ki, üç evim var, sənin heç nəyə ehtiyacın olmayacaq, hər şeyi təmin edəcəm, amma sənəti atacaqsan. Mən də razılaşdım, hər qadın kimi yaxşı olmağını istəyirdim. Sonra gördüm ki, bu insan məni aydan-aya aldadır. Biz üç ay kirayə qaldıq. Deyirdim, instaqramımı açaq, işimlə məşğul olum, sən nəzarət et. Hara istəsən, gedək-gələk. Mən yalansız, sağlam ailə qurmaq istəyirdim. Səhv anlamasınlar, var-dövlət hayında deyiləm. O insan məni aldatdı, sonda da dedi ki, hər şeyi yalan demişəm.

Nə evim var, nə də sənə baxacaq pulum. Söylədi ki, vətəndaşlıqdan çıx, gedək Fransada yaşayaq, orada taksi sürüm, baxdım ki, mən oyunun içinə düşmüşəm. Özümü qurtara bilmirəm. Yenə də həmin yalanları da görməzdən gəldim ki, ailəmi dağıtmayım. Gördüm ki, uçuruma gedirəm. Onunla bir yerdə qalmağım mümkün deyildi. Oktyabrın 9-u evdən köçdüm ki, bu insanla yaşaya bilmərəm, mənim ancaq vaxtımı alır. Hətta özümə iki vəkil tutdum, boşanmağa sənəd vermişəm. Evliliyimiz müddətində ortada olmayan insan, boşanmağımızı açıqlayır. Ona görə ki, mən onun şəklini paylaşmışam. Sən mənim həyat yoldaşımsan. Mən də tanınmış insanam. Özün məni seçmisən, əlimdən tutub nikaha aparmısan, ailə qurmusan. Niyə səni paylaşmayım? Çünki biri yazır ki, 50 yaşı var, o biri deyil kiminsə əridi. Mən subay oğlana ərə getmişəm, niyə gizlədim?! Biz tanış olanda ilk xalası yazmışdı ki, Sərxanın səndən xoşu gəlir, evlənmək istəyir. Əmisi oğlu nikahda idi, hətta imza atmışdı. Anası ilə qardaşı etiraz edirdi evlənməyimizə, amma öz oğlundan xəbəri yox idi ki, necə yalançıdır. Qayınanamla gediş-gəliş olmayıb. Evimizə ancaq tort, aş göndərirdi. Heç anamla da əlaqəsi yox idi. Çünki narazılıqlarını bildirmişdilər. Gəlin kimi qəbul edirdilər, yenə də etirazlarını bildirirdilər ki, məcburuq, oğlumuz seçib”.

İfaçı onu da əlavə edib ki, bu bazar ertəsi günü boşanacaqlar:

“Deyib ki, keçmiş həyat yoldaşımdır. Amma qanuni xanımıyam və şəkillərini hələ də paylaşmağa icazəm var. Belə bir qanun yoxdur ki, həyat yoldaşının şəklini paylaşmaq olmaz. Bu qanunun sənədini gətirsin, paylaşmayım. Onsuz da boşanandan sonra paylaşmayacaqdım. Yenə də ailəmi qorumaq istəyirdim ki, boşanmayaq. Hər şeyi özü korladı. Mən də davam etdirməyə məcburam. Allaha şükür edirəm ki, gec də olsa, qurtuldum. Çünki yalançı ilə ömrümü davam etdirə bilməzdim. Sadəcə ailəm olsun istəyirdim, bilməzdim ki, başıma belə hadisə gələr. Çox dəhşətli hadisədir. Anam dedi ki, çıx gəl, evində otur, burada olanda daha yaxşı dolanırdın, geyinirdin.

Mənə deyirdi ki, gözəllik salonuna getmə, anam evdə oturub, sən də elə ol. Mən də deyirdim ki, xanım deyiləm, salona gedə bilmərəm? Deyirdi, ancaq ev işləri ilə məşğul olmalısan, mən də gəzəcəm. Bu altı ayda iki dəfə Türkiyəyə getdik. Orada da “burnumdan gəldi”. Yolda yeriyəndə deyirdi, oradan getmə, qoluma gir və sairə. Hətta biz psixoloqa getmişdik. Dedim, bəlkə səndə problemlər var ki, o kömək edər. Psixoloqa danışdım, dedi ki, xanım siz bu yalanlarla hələ də davam etmək istəyirsiz? İnandığım üçün peşmanam. Birinci bəxtim belə gətirdi, buna layiq deyildim. Yazırlar ki, açıq geyinirdi və sairə. Amma mən səhnədə göründüyüm kimi deyiləm”.

Qeyd edək ki, S. Həsənov "OLAY"a açıqlama verərək Minadan boşanmaq üçün məhkəməyə müraciət etdiyini bildirmişdi.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR