Ronaldo "Barselona"ya keçir?

İngiltərənin "Mançester Yunayted" klubunun futbolçusu Kriştianu Ronaldu İspaniya "Barselona"sına keçə bilər.

Metbuat.az xəbər verir ki, bu barədə "The Sun" nəşri məlumat yayıb. Nəşr yazır ki, futbolçunun agenti Jorje Mendeş Mançesterdə Kataloniya klubunun nümayəndələri ilə görüşüb.

Qeyd edək ki, hazırda şərəfini qoruduğu "Qırmızı şeytanlar"dan getmək istəyən Ronaldo yeni klub axtarışındadır. O, bu mövsüm "Mançester Yunayted"in 7 oyununda cəmi 1 qol vurub.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR