BDU tələbəsi

Azərbaycanda daha bir tələbə vəfat edib.

Metbuat.az Lent.az-a istinadən xəbər verir ki, Bakı Dövlət Universitetində Biologiya fakültəsinin 3-cü kurs tələbəsi Dədəyeva Bənövşə Rəcəb qızı beyninə qan sızması nəticəsində dünyasını dəyişib.

Əldə etdiyimiz məlumata görə, tələbənin qəfil başı ağrıyıb və sonra komaya düşüb. Xəstəxanaya yerləşdirilən Bənövşə Dədəyeva orada vəfat edib.

Qeyd edək ki, B.Dədəyeva bu gün doğulduğu Zaqatala rayonu, Əliabad qəsəbəsində dəfn edilib.

Allah rəhmət eləsin!


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR