Aparıcı Xoşqədəm Hidayətqızı müğənni həyat yoldaşı Doğuşla evliliyinin 8-ci ilini qeyd edir.

Metbuat.az xəbər verir ki, aparıcı bu barədə sosial şəbəkədə paylaşım edib. O paylaşımında qeyd edib ki, evlənən zaman insanlar 6 ay ya da 1 il sonra cütlüyün ayrılacağını deyiblər: "Bu gün Doğuşla evliliyimizin 8 ili tamam olur. 8 il əvvəli xatırlayıram. Bizim evliliyimizlə bağlı proqnozlar vermişdilər. 6 ay ya da 1 il sonra ayrılacaqlar. Oysa ki, ayıran da, birləşdirən də Allahdır. Çox şükür, 8 ildir, birlikdəyik".

Qeyd edək ki, tanınmış cütlüyün Arın və Arda adında iki oğlu var.