Aygün Kazımova və Rəsul Əfəndiyev daha bir iş birliyinə imza atıb -

Pop Diva Aygün Kazımova və sevilən müğənni Rəsul Əfəndiyev daha bir iş birliyinə imza atıb.

Metbuat.az xəbər verir ki, onlar "Poqodi postoy" adlı mahnılarını dinləyicilərinə təqdim ediblər.

Mahnının musiqisi Kazımcana, sözləri isə Orxan Qarabasmaya məxsusdur.

Kazımova və Əfəndiyev mahnını maraqla qarşılanan yeni fotosessiya ilə sevənlərinin ixtiyarına verib. Fotoların müəllifi Vüsal Adıgözəlovdur.

Xalq artistinin imici üzərində məşhur stilist Ruxa, Rəsulun tərzi üzərində isə stilist Fuad çalışıb.

Qeyd edək ki, cütlüyün sevənləri mahnını bütün digital platformalarda və hər saatın tamamında radiolarda dinləyə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR