"Mançester Yunayted" Kriştiano Ronaldoya pul cəzası verib.

Metbuat.az xəbər verir ki, Ronaldo "Tottenhem"lə oyundakı davranışlarına 720 min funt sterlinq miqdarında cəzalandırılıb. Bu Ronaldonun iki həftəlik maaşıdır.

Qeyd edək ki, Premyer Liqanın son turundakı "Tottenhem"lə oyunda (2:0) baş məşqçi Ronaldonu meydana buraxmayıb. Buna etiraz olaraq, Ronaldo oyunun bitməsini gözləmədən stadionu tərk edib. Buna görə də, 37 yaşlı futbolçu əsas komandadan uzaqlaşdırılıb. Üstəlik futbolçuya əsas komanda ilə məşq etmək qadağan edilib.