Xəbər verdiyimiz kimi, meyxanaçı Elnur Valehin vəziyyəti ağırdır.
Metbuat.az xəbər verir ki, bu barədə onun yaxınları instaqram hesabında məlumat paylaşıb. Dostları Elnurun sağalması üçün həkimlərin az vaxt qoyduğunu qeyd ediblər. Onlar həmçinin Elnur Valehin sağalması üçün maddi dəstəyə ehtiyacı olduqlarını bildiriblər. Məlumata görə, onun hər iki böyrəyi fəaliyyətini dayandırıb.
Meyxanaçının son görüntüləri isə sevənlərinin üzülməsinə səbəb olub.