Erməniəsilli məşhur amerikalı model Kim Kardaşyanın olduğu təyyarə eniş edə bilməyib.
Metbuat.az xəbər verir ki, 42-ci yaşını qeyd etmək üçün Las Vegas-a uçmaq istəyən model bacısının təyyarəsi ilə yola çıxıb. Havanın əlverişsizliyi səbəbindən iki dəfə eniş etmək istəsələr də, təhlükəsizlik baxımından bu cəhdlər boşa çıxıb.
Bir müddət havada fırlanan təyyarə yenidən Kaliforniyaya qayıtmaq məcburiyyətində qalıb. Təyyarədə qorxu dolu anlar yaşayan və şənliyi ləğv edilən Kardaşyan dostları və ailəsi ilə "hamburger" dükanına gedib.