Bu mövsüm Çempionlar Liqasında mübarizəni davam etdirən yeganə klub “Real Madrid” olacaq.

Metbuat.az xəbər verir ki, son turun nəticələrindən sonra “Sevilya” dan sonra “Barselona” nın da mübarizəni Avropa Liqasında davam etdirəcəyi məlum olub. “Atletiko Madrid” klubunun isə Avropa Liqasında mübarizə aparıb-aparmayacağı son turun nəticələrindən sonra məlum olacaq. Sona bir tur qalmış qrupda 3-cü yerdə olan “Atletiko Madrid”in 5, 4-cü yerdə olan “Bayer Leverkuzen” klubunun isə 4 xalı var.