Rusiyanın Federal Təhlükəsizlik Xidməti Moskvada dövlət binalarının terror hücumlarından müdafiəsi barədə təlimlər keçirib.

Metbuat.az xəbər verir ki, təlimlər Prezident administrasiyası kompleksində, Rusiya parlamentinin aşağı palatasında, Dövlət Duması və Federasiya Şurasının yuxarı palatasının ərazilərində, habelə hökumət binasında keçirilib. Açıqlamaya görə, məşqlər planlı xüsusi taktiki təlimlərdir. Təlimlər zamanı mümkün faicələrə qarşı planların məşqləri edilib.

Qeyd edək ki, bəzi xüsusi geyimdəki silahlıların və zirehli texnikaların Moskvada Federasiya binası yaxınlarında müşahidə edilməsi sakinlər arasında həyəcan yaratmışdı.