“Nant” və “Qarabağ”ın start heyətləri

Fransada UEFA Avropa Liqasının qrup mərhələsinin V tur oyununda üz-üzə gələcək "Nant" və "Qarabağ"ın start heyətləri açıqlanıb.

Metbuat.az xəbər verir ki, “Nant”ın start heyətində Alban Lyafon, Andrey Cirotto, Pedro Çirivelya, Evann Gessan, Samuel Mutussami, Ludovik Blas, Jan-Şarl Kastelletto, Sebastyan Korşya, Kenten Merlen, Mustafa Məhəmməd və Abdul-Kader Bamba yer alıblar.

“Qarabağ”ın heyətində isə meydana Şahruddin Məhəmmədəliyev, Qara Qarayev, Riçard Almeyda, Abdullah Zubir, Kvabena Ovusu, Bəhlul Mustafazadə, Filip Ozobiç, Kadi Borges, Toral Bayramov, Marko Veşoviç və Kevin Medina çıxacaqlar.

Qeyd edək ki, "Bojuar" stadionunda oynanılacaq "Nant" - "Qarabağ" matçı Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.




Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR