İş adamı övladına təmtəraqlı toy etdi,

Məşhur müğənni Mustafa Ceceli Bakının qonağı olub.

Metbuat.az "BAKU.WS"ə istinadən xəbər verir ki, ötən gün sənətçi dəbədəbəli toy məclislərindən birinə qatılıb. Müğənni toyda sevilən mahnılarını, o cümlədən bəzi Xalq mahnılarımızı səsləndirib.

Mustafadan başqa gecədə Xalq artisti, pop diva Aygün Kazımova, müğənnilər Günel Zeynalova və Tunar Rəhman da yer alıblar.

Toyun aparıcısı Nəsib Nur olub. Sözügedən sənətçilər azərbaycanlı iş adamının övladının məclisində çıxış ediblər.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR