Geyimi haqqında sual Çimnazı əsəbləşdirdi:

Azərbaycanlı tanınmış aktrisa Çimnaz Sultanova geyimləri barədə danışıb.

Metbuat.az xəbər verir ki, "MTV Maqazin" verilişinə açıqlama verən Sultanova sevənlərindən daha çox zinət əşyaları, ətir və gül alır.

Geyimin çox xüsusi hədiyyə olduğunu vurğulayan aktrisa hesab edir ki, bir xanım paltar almazdan öncə yüz ölçüb bir biçməlidir, çünki, insanı geyimi ilə qarşılayıb ağlı ilə yola salırlar:

"Geyim o qədər xüsusi bir hədiyyədir ki, gərək onu insan özü-özünə seçsin. Mən yalnız mənimlə işləyən stilistlərə bunu etibar edə bilərəm. Hər bir qadın öz bədəninə uyğun geyinməlidir".

O, müxbirin "Açıq-saçıq geyimləri çox sevirsiniz?" sualını yarıda kəsərək deyir:

"Siz deyəsən açıq geyinənləri görməmisiniz. Açıq-saçıq geyinməklə deyil, cəlbedici olmaq başqa şeydir. Özünə güvənən, gözəlliyi sevən, paxıllığı olmayan insanlardan təriflər eşidirəm".

Aktrisa ünvanına tənqid yazanlara da mesaj göndərib:

“Kim nə deyir desin, Allah hamının canını sağ etsin. Məni tənqid edən məşhurlar bəlkə də bununla xoşbəxtlik, rahatlıq tapır. Allah hamının ürəyinə görə versin. Və verir də”.

Həmin görüntüləri təqdim edirik:



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR