Hücumçu axtarışında olan "Fənərbaxça" klubu "Mançester Yunayted"in hücumçusu Antoni Marsialı transfer edə bilər.
Metbuat.az xəbər verir ki, bu barədə “Aspor” məlumat yayıb. Bildirilir ki, hücumda rəqabəti artırmaq istəyən "Fənərbaxça" mövsümün fasiləsində transferi reallaşdırmağı planlaşdırır. İddia edilir ki, Antoni Marsial əsas heyət oyunçusu olmadığı üçün "Mançester Yunayted"dən ayrılmağa müsbət yanaşır. Onun Türkiyədə futbol oynamağa etiraz etmədiyi bildirilir. Məlumata görə, "Fənərbaxça" futbolçunu icarə əsasında da kluba cəlb etməyə müsbət yanaşır.
Qeyd edək ki, Antoni Marsialın tranfer qiyməti 15 milyon avro civarındadır.