Qurbanovun planı dəyişdi:

"Qarabağ" klubunun zədəli futbolçuları - Bədavi Hüseynov və Leandro Andrade UEFA Avropa liqasının qrup mərhələsinin 6-cı turunda "Frayburq"la (Almaniya) Bakıdakı matçı da buraxacaqlar.

Metbuat.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Qurban Qurbanov danışıb. O, qarşılaşmadan əvvəl təşkil olunan mətbuat konfransında Bədavi ilə Leandronun görüşdə meydana çıxmayacağlarını, Qara Qarayevin oynayıb-oynamayacağının isə sabah bəlli olacağını deyib:

"Bədavi oynaya bilməyəcək. Andradenin zədəsi davam edir. Hələ hazır deyil. Zədəsini yenilədi. Qara komanda ilə məşq etməyib, fərdi hazırlaşır. Sabah “23-lük”də olub-olmayacağı bilinəcək. İkisi oynamayacaq, Qara da sual altındadır".

Xatırladaq ki, noyabrın 3-ü Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Qarabağ" - "Frayburq" görüşü saat 21:45-də başlayacaq.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR