"Milan"da BAYRAM:

İtaliyanın “Milan” klubu Çempionlar Liqasında 8 ildən sonra ilki reallaşdırıb.

Metbuat.az xəbər verir ki, “Milan” qrup mərhələsinin son turunda “Salzburq”u qəbul edib. Oyun meydan sahiblərinin 4:0 qələbəsi ilə başa çatıb. 6 oyunun yekununa görə 10 xal toplayaraq “Çelsi”dən sonra ikinci olan “Milan” klubu, 2013-2014-ci ildən bəri Çempionlar Liqasında ilk dəfə 1/8 finala yüksəlib.

Qeyd edək ki, “Milan” 2013-2014-ci ildən sonra ilk dəfə ötən mövsüm Çempionlar Liqasına vəsiqə qazansa da, qrupu sonuncu tamamlayıb.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR