“Damlanın geyimləri gülünc görünür” -

Aparıcı Mətanət Əliverdiyeva müğənni Damlanın geyim tərzini tənqid edib.

Metbuat.az xəbər verir ki, bu barədə o, “Xəzər axşamı” verilişində deyib.

Əliverdiyeva qeyd edib ki, Damlanı düzgün geyindirmirlər:

"Damla çox sevdiyim qızdır, onu düzgün geyindirmirlər. Geyimi qətiyyən oxu tərzinə uyğun deyil, səhv istiqamətləndirirlər. Bu da gülünc görünür. Məsələn, bir dəfə şort geyinmişdi, oxuduğu mahnıya da uyğun deyildi. Həm də insanın bədən quruluşu var, libas ona da yaraşmalıdır. Axı Damla yaxşı qızdır. Sosial şəbəkələrdə artıq ona tənqidlər yox, təhqirlər yazırlar", - aparıcı bildirib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR