“Mançester Yunayted” klubu Kriştiano Ronaldoya əvəzedici tapıb.
Metbuat.az xəbər verir ki, bu barədə “Express Sport” məlumat yayıb. Bildirilir ki, ingilislər artıq bütün planlarını Ronaldonun klubdan getməsi ilə bağlı qurub. Bildirilir ki, “Mançester Yunayted” “Bavariya”nın futbolçusu Erik Şupo-Motinqi transfer etmək üçün hərəkətə keçib. 33 yaşlı kamerunlu hücumçunun klubu ilə müqaviləsi mövsümün sonunda başa çatacağına görə, o, “Mançester Yunayted”ə azad agent kimi keçə bilər.
Qeyd edək ki, "Tottenhem"lə oyunda (2:0) baş məşqçi Ronaldonu meydana buraxmayıb. Buna etiraz olaraq, Ronaldo oyunun bitməsini gözləmədən stadionu tərk edib. Buna görə də, 37 yaşlı futbolçu əsas komandadan uzaqlaşdırılıb. Üstəlik futbolçuya əsas komanda ilə məşq etmək qadağan edilib.