Qurbanovun oğlu hakimlərin qərarına etiraz etdi -

"Qarabağ"ın baş məşqçisi Qurban Qurbanovun oğlu, "köhlən atlar"ın futbolçusu Musa Qurbanlı "Frayburq"la oyundakı hakim qərarlarına etirazını bildirib.

Metbuat.az-ın məlumatına görə, o, instaqram hesabının "story" bölməsində 2014-cü ildə "İnter"lə, 2021-ci ildə "Bazel"lə qarşılaşmanı və "Frayburq"la oyundan foto paylaşıb. Paylaşıma isə "fərqli illər, eyni ssenari" yazıb.

Qeyd edək ki, "Qarabağ" -"Frayburq" qarşılaşmasında 87-ci dəqiqədə Musa Qurbanlı meydana daxil olaraq Riçard Almeydanı əvəz edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR