Məşhur müğənni ana ola bilməyəcək:

Dünyaca məşhur müğənni Selena Qomez gələcəkdə ana ola bilməyəcəyi ehtimalı olduğunu deyib.

Metbuat.az xarici mətbuata istinadən xəbər verir ki, keçmiş "Disney" ulduzu hər zaman bir ailəyə sahib olmaq istəsə də səbəb onun bipolyar pozğunluq xəstəliyidir.

Bu mental xəstəliyin müalicəsində qəbul edilən dərmanlar uşaq dünyaya gətirməyi çox təhlükəli edir.

Aktrisa, həmçinin 2020-ci ildə "Elle" jurnalına verdiyi müsahibədə lupus xəstəliyinin olduğundan, böyrək transplantasiyası, kimyaterapiya edildiyini açıqlayıb.

Qeyd edək ki, bipolyar pozğunluğu əhvalda, enerjidə, fəaliyyət səviyyələrində və gündəlik tapşırıqları yerinə yetirmək qabiliyyətində qeyri-adi dəyişikliklərə səbəb olan beyin pozğunluğudur. Tədqiqatlar həmçinin göstərir ki, valideynləri və ya bacı/qardaşı bipolyar pozğunluğu olan insanların özlərinin bu xəstəliyi olma ehtimalı çoxdur. Bipolyar pozğunluq hamiləlik dövründə pisləşə bilər, lakin müalicədə istifadə edilən dərmanların bir neçəsi yeni doğulmuş körpələrdə anadangəlmə qüsurları riskini artırır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR