Tanınmış müğənni Niyam Salami mərhum müğənni dostu Rəhim Rəhimlinin məzarını ziyarət edib.
Metbuat.az xəbər verir ki, Rəhimin məzarı üstə onun haqqında xoş sözlər deyən Niyam qırmızı palto geyindiyinə görə, onu qınayanlara da qabaqcadan açıqlama edib:
"Məni qınayanlara demək istəyirəm ki, qırmızı paltonu soyuğa görə geyinmişəm. Qızılgüllər də qırmızıdır".
Niyamın bu sözləri və göz yaşlarını saxlaya bilməməsi izləyicilər tərəfindən rəğbətlə qarşılanıb.