Ronaldo oynamaq istədiyi klubun adını açıqladı -

Kriştiano Ronaldo yaxın dostlarına PSJ-də oynamaq istədiyini deyib.

Metbuat.az xəbər verir ki, bu barədə “Marca” qəzeti məlumat yayıb. Məlumata görə, Ronaldonun PSJ ilə bağlı açıqlaması təsadüfi deyil. İddialara görə, Lionel Messinin klubdan ayrılacağını ehtimal edən PSJ rəhbərliyi Ronaldonu transfer etmək üçün müqavilə hazırlayır. İddia edilir ki, Kilyan Mbappenin Ronaldoya olan heyranlığı da PSJ-nin portuqaliyalı futbolçunu transfer etməyə sövq edən digər məsələdir.

Transferin mövsümün fasiləsində reallaşacağı gözlənilir. “Mançester Yunayted” mövsümün sonunda müqaviləsi başa çatan Ronaldonu fasilədə göndərməyə müsbət yanaşır.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR