2-ci liqadan gəlib "Fənərbaxça"da ulduz oldu -

Avropa klubları “Fənərbaxça”da uğurlu oyun sərgiləyən Migel Kresponu transfer etmək istəyir.

Metbuat.az Ntvspor-a istinadən xəbər verir ki, İtaliyanın “İnter” və İspaniyanın “Atletiko Madrid” klubu Kresponu transfer etmək üçün hərəkətə keçib. Məlumata görə, “Fənərbaxça” oyunçunu satmağı düşünməsə də, yüksək miqdarda təklifi rədd etməyəcək. İddialara görə, “Fənərbaxça” Kresponu 25 milyon avrodan aşağı satmaq istəmir.

Qeyd edək ki, Krespo “Fənərbaxça”ya Portuqaliya çemionatının 2-ci liqasından gəlib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR