UEFA Konfrans Liqası "Qarabağ"la bağlı paylaşım edib.
Metbuat.az xəbər verir ki, qurum rəsmi tviter hesabında "köhlən atlar"ın loqosunu paylaşaraq izləyicilərə "İlk hansı oyunçunu düşünürsünüz?" sualını verib.
İzləyicilər isə Kady Borges, Şahruddin Məhəmmədəliyev, Ramil Şeydayev, Zubir, Ovusu, Qara Qarayevin adını qeyd ediblər.
Hətta Ağdam təmsilçinin sabiq oyunuçusu Mahir Emrelinin də adı suala cavab olaraq qeyd edilib.
Xatırladaq ki, UEFA Konfrans Liqasının pley-off mərhələsi çərçivəsində "Qarabağ" - "Gent" qarşılaşması gələn il fevralın 16-da Bakıda, Tofiq Bəhramov adına Respublika Stadionunda saat 21:45-də start götürəcək. Fevralın 23-də Gent şəhərində keçiriləcək cavab matçı isə Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.