Komanda yoldaşının Ronaldoya qarşı bu hərəkəti gündəm oldu -

Portuqaliya millisinin ulduzları Kriştianu Ronaldo və Bruno Fernandeş arasındakı soyuq münasibət diqqət çəkib.

Metbuat.az Qafqazinfo-ya istinadən xəbər verir ki, “Mançester Yunayted”də də birlikdə çıxış edən futbolçular yığmanın düşərgəsinə qatıldıqdan sonra Qətərdə üz-üzə gəliblər.

Ronaldoya komanda yoldaşına görüşmək üçün əl uzatsa da, Bruno əvvəlcə ona əhəmiyyət verməyib, daha sonra isə soyuq şəkildə görüşüb.

Portuqaliya və İngiltərə mediasının yazdığına görə buna səbəb Kriştianunun “Mançester Yunayted”in baş məşqçisi Erik ten Haaqı və klub rəhbərliyini tənqid etməsidir.



Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR