Türk futbolunu çalxalayan iddia:

“Qalatasaray” Kriştiano Ronaldonu transfer etmək üçün hərəkətə keçib.

Metbuat.az xəbər verir ki, bu barədə “Ntvspor” məlumat yayıb. Bildirilir ki, Ronaldonun mövsümün fasiləsində “Mançester Yunayted”dən göndəriləcəyini nəzərə alan “Qalatasaray” transferi reallaşdırmaq üçün rəsmən həmlə edib. İddialara görə, Ronaldonun transferi “Qalatasaray”ın icraçı direktoru, nüfuzlu iş adamı Erden Timura həvalə edilib. Məlumata görə, Erden Timur Ronaldonun meneceri Jorje Mendeslə danışıqlar aparır.

Qeyd edək ki, Erden Timur bundan əvvəl “Xəyal edə bilməyəcəyiniz futbolçu ilə danışıqlar aparırıq” deyə açıqlama vermişdi.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR