Mbappe üçün rekord təklif -

“Mançester Yunayted” Kriştiano Ronaldonun əvəzinə Kiliyan Mbappeni transfer etmək istəyir.

Metbuat.az xəbər verir ki, bu barədə “Daily Mirror” qəzeti məlumat yayıb. Bildirilir ki, “Mançester Yunayted” Mbappe üçün 150 milyon funt sterlinq üstəlik bonuslar təklif edəcək. Məlumatda bildirilir ki, “Mançester Yunayted” Mbappenin həftəlik 500 min funt sterlinq məvacibini Avropada qarşılaya biləcək az sayda klublardan biridir.

Qeyd edək ki, Mbappe Ronaldonu özü üçün örnək futbolçu hesab etdiyini açıqlamışdı. “Mançester Yunayted”də Ronaldoya qarşı davranışlardan sonra Mbappenin təklifə necə cavab verəcəyi maraqlıdır. Ronaldonun “Mançester Yunayted”dəki həftəlik məvacibi 560 min funt sterlinqdir. İngilislər eyni məvacibi Mbappeyə də təklif edə bilər.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR