Albaniyanın peşəkar gözəllik mütəxəssisi Dr. Arzu Mamo “Global Health Awards” layihəsində təltif olundu -

Dr. Arzu Mamo 1978-ci ildə Türkiyədə anadan olub. 2000-ci ildə ilk dəfə Alban torpaqlarına qədəm qoyan Arzu Mamonun sonrakı həyatı bu ölkə ilə bağlıdır. Artıq 22 ildir ki, Albaniyada yaşayanhəkim öncə stomatoloq kimi fəaliyyətə başlasa da, hazırda tibbi estetika sahəsində karyerasını uğurla davam etdirir.

Estetika sahəsində ən son trendləri Albaniyaya gətirməyi hədəfləyən həkim bu sahədə aparıcı beynəlxalq simalardan təlim alıb. O, beynəlxalq həkim Doctor B-nin Türkiyədəki simpoziumlarına, Dr. Eletneria Gilarminin Yunanıstanda keçirilən seminarlarına qoşularaq aldığı beynəlxalq təcrübə ilə Albaniyada estetika bazarında inqilab edib və yeniliklər gətirib. Yeniliklər kontekstində onun Hemopatiya (qabaqcıl tibb) sahəsində təcrübəsini qeyd etmək yerinə düşər. Peşəkar həkim pandemiya zamanı Albaniyada immuniteti gücləndirməyə kömək edən ozon terapiyasını ilk tətbiq edənlərdən biridir. O, 3 ildir davam edən Ozon dərslərini Murat Başdan alır.

Hazırda Dr. Arzu Mamo Milanda IAPEM akademiyasında bu sahənin mütəxəssisi olaraq fəaliyyət göstərir.

Dr. Mamo hesab edir ki: “Zahirən gözəl olmaq üçün ilk növbədə mənəvi və daxili gözəlliyə diqqət yetirməliyik.Hər şey özünü sevməkdən başlayır və bu, kənardan gözəl görünməyə kömək edir”.

Bütün bunlarla yanaşı Arzu Mamo İstanbuldakı Gedik Universitetində Ebru Şinikdən sağlamlıq üzrə koçluq dərsləri alıb və hazırda özünü nəfəs alma məşqçisi kimi inkişaf etdirir.

Doktor Arzu Mamo baş nahiyəsindəki 32 enerji nöqtəsinin idarə edilməsinə əsaslanan Bars texnikasını tətbiq etmək üzrə mütəxəssisdir. Bu texnikaemosiyaların, şüurun, yaradıcılığın gücünü daha yaxşı idarə etməyə kömək edir.

Arzu Mamo 30 oktyabr 2022-ci ildə Global Health Awards layihəsində ilin “The Successful Medical Aesthetic” nominasiyasına layiq görülüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR