Sosial şəbəkələrdə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) səlahiyyətli nümayəndəsi, Məşədi Dadaş məscidinin imamı, ilahiyyatçı Hacı Şahin Həsənlinin azyaşlı oğlu ilə əyləncə mərkəzlərindən birində çəkilən görüntüsü yayılıb.

Metbuat.az ölkə.az-a istinadən xəbər verir ki, görüntülərdə QMİ rəsmisinin övladı ilə "toqquşan maşınlar" atraksionuna minməsi öz əksini tapıb.

Din xadiminin səmimi halı insanlar tərəfindən maraqla qarşılanıb.

Həmin görüntüləri təqdim edirik: