​Dünya şöhrətli rusiyalı iş xanımı Anna Russka Global Health Awards layihəsində təltif olundu -

Dünyada mövcud olan cəmiyyətlərdə qadın hər zaman aparıcı qüvvə olub. Bugünkü cəmiyyətlər məhz dünənki qadınların gücünün məhsuludur. Toplumun, ümumilikdə dünyanın inkişafı üçün hər zaman hərəkətverici qüvvəyə ehtiyacı olub və qadınlar belə bir məsuliyyəti öz üzərinə götürməyi həmişə bacarıblar.

Rusiyalı iş xanımı Anna Ruska duruşu ilə, fəaliyyəti ilə yaşadığı cəmiyyətə örnək olan xanımlardan biridir. Zəngin portfolioya sahib iş xanımı ilk rusiyalı bloqçu, brendinq prodüseri, marketinq üzrə ekspert, “AnnaRusska” şirkətlər qrupunun təsisçisidir.

Anna Russka Moskva Dövlət Universitetində politologiya, Ali İqtisadiyyat Məktəbində Moda Biznesi üzrə ali təhsil alıb. Ali təhsilini başa vurduqdan sonra bir müddət Dövlət Dumasında işləyən gənc xanım başa düşür ki, həyat sevdiyin işlə məşğul olmamaq üçün çox qısadır. Beləliklə o, öz biznesini qurmağa qərar verir. Bu, onun uğura gedən yolda ilk addımı idi. Heç bir sərmayə olmadan iş dünyasına atılan Anna Russka ilk olaraq xəbər saytı yaradır. Beləliklə, “AnnaRusska” markasının təməli atılır.

Sonralar uğurları haqda danışarkən Anna Russka xüsusilə qeyd edir ki: “Əgər maliyyə imkanlarınız yoxdursa, ilk öncə bütün işləri özünüz görməyə başlayın”.

Dəyişən dünyaya daim ayaq uydurmağa çalışan gənc iş xanımı işlərini qaydaya saldıqdan sonra uşaqlıq sevgisi olan moda ilə bağlı arzularını reallaşdırmağa başlayır. O, Moda brendlərinin yaradılması ilə peşəkar şəkildə məşğul olur və “Anna Russka Couture” geyim brendini yaradır. Hazırda onun brendi Moskva, Paris və Milanda moda həftələrində iştirak edir.

Moda bloqçu kimi göstərdiyi fəaliyyətin nəticəsi olaraq məşhur moda evləri və gözəllik brendləri Anna Russka ilə əməkdaşlıq etməyə başlayır. Həmin siyahıda "Hermes", "Fendi", "Bulgari", "Etro", "MaxMara", "Missoni", "Marni", "Trussardi" kimi dünyanın bir çox aparıcı brendlərin də adı var.

Uğurlu iş xanımı yaratdığı bütün müəssisələri birləşdirərək böyük bir şirkət olan “AnnaRusska” Groupu yaradır. Şirkət mövcud olduğu 10 il müddətində Anna Russka onlarla brendi inkişaf etdirib bazara çıxarmışdı.

Müştərilərə dürüstlük və sədaqət, işinə sevgi, reputasiyasınainam uğurlu iş xanımının həyat devizidir.

Anna Russka 30 oktyabr 2022-ci il tarixində Global Health Awards layihəsində, ilin “The Successful İnternational Marketing Expert” nominasiyasına layiq görülmüşdü.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR