Aysun bu görüntüləri görəndə efirdə

ATV-nin “Zaurla Günaydın” proqramında müğənni Rəqsanə İsmayılova və qızı Aysun İsmayılovanın arxiv görüntüləri işıqlandırılıb.

Metbuat.az xəbər verir ki, Zaur Baxşəliyev, “Anana nə sual verərdin Aysun?” deyərək cavab gözləyib.

Rəqsanə isə qızının bütün suallarına cavab verib.

Qızının sualları arasında isə "niyə açıq geyinirsən?" sualı da olub. Rəqsanə isə Aysunun sualına belə cavab verib:

"Səhnədə olan müğənni hər bir obrazda, hər geyimdə olmalıdır. Mənim elə geyimlərim var ki, açıqdır, elə geyimlərim var ki, örtülüdür".

Daha sonra isə Aysunun "sən istəyərdin ki, atam geri qayıtsın?" sualına Rəqsanə kədərlənərək cavab verib:

"Atan elə geri qayıtsaydı indi yanımızda olardı. Mənim artıq adam saxlamağa pulum yoxdur".

Balaca Aysun bunun ardınca xalası qızlarından və onların atasından danışır:

"Mənim xalam qızlarımın atası onlara zəng edib axtarır. Amma mənim atam axtarmır. Atam necə geri qayıda bilər ki?"

Bu arxiv görüntülərini görən Aysun isə göz yaşlarına hakim ola bilməyərək kövrəlir.

Daha ətraflı videoda:


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR