Safura mərhum nazir olan qaynatasının şəkillərini paylaşdı -

Azərbaycanı "Avroviziya" beynəlxalq mahnı müsabiqəsində təmsil edən müğənni Safura Əlizadə mərhum qaynatası, keçmiş energetika naziri Natiq Əliyevin fotolarını paylaşıb.

Metbuat.az xəbər verir ki, o mərhumun nəvəsi ilə olan fotolarını instaqram hesabından paylaşıb.

Qeyd edək ki, Safura-Fərhad cütlüyünün Ayşə adlı bir qızı, İskəndər və Natiq adlı iki oğlu var.

Xatırladaq ki, Natiq Əliyev 1993–2005-ci illərdə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin prezidenti olub. 2005–2013-cü illərdə Azərbaycan Respublikasının Sənaye və Energetika naziri olan Natiq Əliyev 2013-cü ildən 2017-ci ilədək Azərbaycan Respublikasının Energetika naziri vəzifəsində çalışıb. Həmin ilin 9 iyun tarixində Natiq Əliyev İstanbulda vəfat edib.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR