Keçmiş futbolçu Britaniyanı silkələdi -

İngiltərə millisinin və “Mançester Yunayted” klubunun əfsanəvi futbolçusu Qari Nevil dünya çempionatı oyunlarını şərh etmək üçün Qətər televiziyasında işləməsi ilə bağlı tənqidlərə cavab verib.

Metbuat.az xəbər verir ki, Nevil Kral Çarlz barədə şok iddia irəli sürüb. Nevil Avstraliyanın “Foxspor” televiziyasına açıqlamasında bildirib:

“Şahzadə Uilyam bu mundiala gəlmək istəmir amma atasının qətərlilərdən böyük miqdarda mükafat almasına razı olursa problem deyil.Sadəcə kral deyil, ölkəmizdəki siyasi partiyalar qətərlilələrdən pul almaqdan çəkinmir. Amma nədənsə mən həmişə keçmiş futbolçuların və BBC-dəki həmkarlarımızın Qətərə gəldiyi üçün tənqid edildiyini müşahidə edirəm”.

Qeyd edək ki, Nevil, Kral Çarlzın 2,6 milyon funt sterlinq miqdarında mükafat aldığını irəli sürüb.


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR