AzTV kanalının xəbər aparıcısı Samirə Mustafayeva imicində dəyişiklik edib.
Metbuat.az xəbər verir ki, aparıcı qısa saçlarını uzatdıraraq boyatdırıb.
O, bu haqda sosial şəbəkədə paylaşıb. Samirə saçları haqqında paylaşımına bunları da əlavə edib:
"Kəsim, rəng, lak, fendən bir müddət uzaq durmaq. Çıxış yolu: qaynaq... Uzun müddət ağ-sarı tona açıldığı üçün zədəli saçlarımı yalnız bu üsulla qoruya bilərəm. Qaynaq isə mənə görə təbii görünməlidir. Saçımın materialına və rənginə uyğun təbii buruq saç seçildi və bir neçə saata uzadıldı".
Onun instaqramda izləyiciləri ilə bölüşdüyü yeni imici müzakirələrə səbəb olub. Sosial şəbəkə istifadəçilərinin bir qismi onun yeni görünüşünü bəyənsə də, böyük əksəriyyəti Samirənin yeni saç düzümünü bəyənmədiyini, olduğundan 10-15 yaş böyük göründüyünü qeyd ediblər.