“2023-cü ildə ABŞ iqtisadiyyatını qısa resessiya dövrü gözləyir”.
Metbuat.az xəbər verir ki, bu qənatə “Reuters”in sorğusuna qatılan iqtisadçılar gəliblər. Onlar baş verənləri ABŞ Federal Ehtiyat Sisteminin daha kiçik 50 əsas bəndlik faiz artımına getməsi ilə əlaqələndiriblər.
İqtisadçıların 2023-cü ildə baş verəcək tənəzzüllə bağlı sabit 60 faiz ehtimalını irəli sürməsinə baxmayaraq, FED-in yeni ilin əvvəlində faiz dərəcələrinə getmək üçün ən azı bir yarım nöqtəsi var. BMO Capital Markets-in baş iqtisadçısı Sal Quatieri məsələ ilə bağlı deyib ki, “İnflyasiya sürətlə aşağı düşmədikcə, ABŞ iqtisadiyyatı gözləniləndən bir qədər gec olsa da, hələ də bəzi problemlərlə üzləşir. Yaxşı xəbər ondan ibarətdir ki, tənəzzül əlavə qənaətlə səngidilməlidir”.
Statistikaya əsasən bazarda mövcud ev satışları ardıcıl olaraq doqquz ay azalıb. “Reuters”in ayrı bir sorğusu göstərir ki, artıq aşağı düşən ev qiymətlərinin gələn il 12 faizdən 6 faizə qədər düşəcəyi gözlənilir.
İndiyədək aşağı səviyyədə qalan ABŞ-da işsizlik səviyyəsinin 2024-cü ilin əvvəlində hazırkı 3,7 faizdən 4,9 faizə yüksələcəyi gözlənilirdi. Əgər həyata keçirilsə, bu, əvvəlki tənəzzüllərdə müşahidə olunan səviyyələrdən hələ də xeyli aşağı olacaq. İqtisadçıların digər bir qənaəti isə ÜDM üzrə riskin aşağıya doğru düşməsi ilə bağlıdır. Onlar hesab edirlər ki, inflyasiya 2026-cı ilə qədər FED-in hədəfindən yuxarı həddə qalarsa gözləniləndən böyük risk dərəcələri daha gec reallaşa bilər.
Gülbəniz Hüseynli / Metbuat.az